Be. Dek 9th, 2019

İran silahsız insanlara necə atəş açdıqlarını bizim görməyimizi istəmirlər – VİDEO

İranda baş qaldıran xalq etirazlarının ardından hakimiyyətin bütünlüklə blokladığı internet bir həftə sonra müxtəlif vilayətlərdə tədricən bərpa edilməyə başlayıb. Lakin siyasi fəallar internet bağlantısının etirazlardan əvvəlki vəziyyətə dönəcəyinə şübhə ilə yanaşırlar.

Artan benzin qiymətinə qarşı noyabrın 16-da baş qaldıran və günlərlə davam edən kütləvi aksiyalarda, beynəlxalq insan haqları qruplarına istinadən, minlərlə etirazçı saxlanılıb, yüzdən artıq vətəndaş isə həlak olub.

Bir həftəlik internet blokadası səbəbilə hüquq müdafiəçiləri nəzarət altına alınan və öldürülən vətəndaşlar haqqında ətraflı məlumat əldə edə bilməyiblər.

Amnesty International təşkilatı twitter hesabında silahlı qüvvələrin bir dövlət binasının damından etirazçılara atəş açdığını göstərən bir videonu bu açıqlamalar ilə paylaşıb:

“Ekspertlər deyir ki, bu günə qədər heç bir şey logistik olaraq İranın interneti qapatması olayının mürəkkəbliyində olmayıb. Görünür ki, İran rəsmiləri, bu videoda olduğu kimi, bizim onların dövlət binalarının damlarından silahsız insanlara necə atəş açdıqlarını görməyimizi istəmirlər.”

/aznews.tv/

Paylaş: