Be. Dek 16th, 2019

SON DƏQİQƏ: Avropa ölkəsi DƏHŞƏTLİ ZƏLZƏLƏ ilə sarsıldı, çox sayda ölü və yaralı var – VİDEO

Albaniya Müdafiə Nazirliyi zəlzələ ilə bağlı açıqlama yayıb.

Məlumatda 1 nəfərin yaşadığı təşviş nəticəsində özünü binadan atdığı və həlak olduğu bildirilib.

Səhiyyə Nazirliyi zəlzələ nəticəsində ən az 150 nəfərin xəsarət aldığını, 3 nəfərin öldüyünü açıqlayıb.

Seysmologiya Mərkəzinin məlumatında Yerli vaxtla saat 07:08-də Adriatik dənizi sahillərində baş verən zəlzələnin maqnitudası 6,3 göstərilib. Daha sonra bu rəqəm 5,4-lə əvəzlənib. Zəlzələdən sonra Adriatik və Aralıq dənizi sahillərində yerləşən ölkələr üçün sunami xəbərdarlığı verilib.

Təhsil, İdman və Gənclər Nazirliyi Tirana, Dıraç və Leş şəhərlərində bu gün tədrisin dayandırıldığını elan edib.

Güclü zəlzələdən sonra ölkə miqyasında elektrik enerjisinin verilməsində problemlər yaşanıb.

ABŞ Geoloji Tədqiqatlar Bürosunun məlumatına görə, şiddətli sarstınıları 8 min insan hiss edib. Zəlzələ 12 milyonun insanın gündəlik həyat tərzinə təsir göstərib.

***

10:27

Albaniyada güclü zəlzələ olub.

Paytaxt Tirananın 34 km şimal-qərbində 6,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Avropa-Aralıq Dənizi Seysmologiya Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 03:54-də baş verən zəlzələ nəticəsində yüzlərlə nəfər xəsarət alıb. Bir nəfərin öldüyü bildirilir

Güclü təkan nəticəsində eləcə də çoxlu sayda yaşayış evlərinin dağıldığı qeyd edilir.

Bundan 9 dəqiqə sonra 5,3 bal gücündə daha bir zəlzələ olub.

Sarsıntılar Yunanıstan, İtaliya, Monteneqro, Bosniya və Hersoqovina, Şimali Makedoniya, Xorvatiya və Serbiyada hiss olunub.

(publika.az)

 

Paylaş: