Be. Dek 9th, 2019

Tiflisə xüsusi təyinatlılar yeridildi, aksiya dağıdıldı

Gürcüstanın xüsusi təyinatlı qüvvələri Tiflisdə parlament binası önündəki etiraz aksiyasını dağıdıb.

Turkustan.info xəbər verir ki, bu barədə məlumatı Rustavi-2 televiziyası yayıb.

Xüsusi təyinatlılar əvvəlcə etirazçılara çadırlarını parlamentin girişindən yığışdırmaq xəbərdarlığı ediblər. Etirazçıların bu xəbərdarlığa məhəl qoymamasından sonra onlar aksiyanı dağıtmağa başlayıblar.

Nəticədə 2 nəfərin xəsarət alıb, 18 nəfər həbs edilib.  /Axar.az/

Paylaş: