C. Yan 24th, 2020

Türk Diasporu və Şərqi Türkistan- Gökhan Türkeş Öngel yazır

“Barış Pınarı” hərəkatı sonrası Türkiyə əleyhinə, dünya ictimaiyyətində yaranan reaksiyaları araşdırdıqda, erməni problemi, Şərqi Türkistan məsələmiz və s. mövzularda da olduğu kimi Türk milləti haqqında meydana gəlmiş tarixi ön mühakiməni durdura bilmədiyimiz, haqlı olduğumuz məsələlərdə də özümüzü ifadə edə bilmədiyimiz aydın olaraq görünməkdədir.

Halbuki, dünya türklərinin və bütün Türk Respublikalarının gözü-qulağı Türkiyədədir. Türkiyə bütün dünya türklərinin ümid yeridir. Başqa sözlə, Türkiyəni və bütün Türk millətini dünyaya izah etmək məsuliyyəti də Türkiyəyə məxsus olmalıdır. Dünyaya ədalətli bir nizam vermə məqsədi ilə tarix səhnəsinə çıxan Türklər, istismarçı güclərə qarşı məzlum millətlərin qoruyucusu və himayəçisi olmağı da vəzifə olaraq mənimsəmişdir.
Buna baxmayaraq, xaçlılar bütün dünyaya Türkləri qəddar və təcavüzkar bir irq olaraq tanıtmaqda təəssüf ki, müvəffəqiyyətli olmuşlar. Yeni dünya nizamında, hissiyatla qavrama həqiqətin önünə keçmişdir. Lakin belə bir hissiyatın yaranması üçün də iqtisadi güc şərtdir. Türk olmamız, müsəlman Türkü olmamız özümüzü ifadə etməyimizi çətinləşdirəcəyini dəqiq bilsək də, birlikdə olursaq bu qeyri-mümkün deyil. Çarəsizliyi və ümidsizliyi qəti olaraq rədd edən bir millətin, özü haqqında haqsızca yaradılan mənfi mühakimələri aradan qaldırması üçün dərhal fəaliyyətə keçməsi lazımdır.
Toparlamak gərəkdirsə, Türkiyənin liderliyi ilə Dünya Türklərini də əhatə edəcək “Türk Diaspor” təşkilatının qurulması, Türk haqqında yaranan yanlış fikirləri bitirəcəyi kimi məzlum millətlərin də ümidi olacaq. Türklər dünyanın hər yerində geniş bir şəkildə iqtisadi və siyasi fəaliyyət göstərməkdədirlər. Lakin bu mübarizə planlı şəkildə təşkil edilmədiyi və müəyyən standartlara uyğun olmadığı üçün əldə edilən müvəffəqiyyətlər cüzi olaraq qalmaqdadır. Halbuki, Türklərin yaşadıqları bölgələrdə və ölkələrdə ticarətin və siyasətin mükəmməl şəkildə öyrədilib istiqamətləndirilməsi Türkləri dünyanın gözündə layiq olduğu yerə qaldıra biləcək.
Türk Diaspor Təşkilatının olmaması durumunda Şərqi Türkistanda olduğu kimi faciələr yaşayarıq. Şərqi Türkistanda illərdir davam edən zülmü, dünya ictimayyəti görməkdədir. Amerika isə Şərqi Türkistanda olan zülmü nədənsə indi xatırlamışdır. Halbuki, Amerikanın əsl niyyəti Çin-Amerikan ticarət döyüşündə Şərqi Türkistan türklərini bu döyüşün aləti etməkdir. Amerika üçün mühüm olan milyonlarla Şərqi türkistanlının ölməsi deyil, Çinə ticarət döyüşündə geri addım atdırmasını təmin etməkdir.
Şərqi Türkistan türkləri illərdir Çin tərəfindən soyqırıma, zülmə düçar olmaqla birlikdə, yüzlərlə şeyxin, şahın və təriqətlərin də istismarına məruz qalmışlar. Təriqətlər və şeyxlər Şərqi Türkistan türklərinin təhsil almalarına əngəl törədərək, Şərqi Türkistanlılara böyük zərər vermişlər. Təhsil almayan Türklər, təbii olaraq Çinin iqtisadi və siyasi həyatında heç bir fəaliyyət göstərə bilməmişlər. Ayrıca dünyanı yenidən kəşf etməmizə ehtiyac yoxdur. 20 milyon yəhudinin diaspor fəaliyyəti ilə dünyanı idarə etdiyi bir mühitdə 30 milyon Şərqi Türkistanlı müvəffəqiyyətli bir türk diaspor fəaliyyəti ilə Çində əzilib yox olmayacağı kimi, Çinin ticarət və siyasətinin dərinliklərinə də sirayət edə biləcək.
Şərqi Türkistan nümunəsinə bənzər faciələr yaşamamaq, erməni diasporunun yalanları ilə dünya ictimaiyyətində çətin vəziyyətdə qalmamaq, terrorla mübarizə etdiyimiz halda haqsız hesab edilməmək üçün Türklərin yaşadığı hər yerdə onların təhsilinə, iqtisadiyyatına və siyasətinə istiqamət verəcək bir Türk Diaspora qurumu şərtdir. Lakin bu fəaliyyət heç bir camaata, vəqfə, təriqətə və təşkilata buraxılmayacaq qədər həssas və əhəmiyyətli olub, yalnız dövlət tərəfindən təşkil olunmalı və dövlətin siyasətlərinə xidmət etməlidir.
Müvəffəqiyyətli bir diaspor fəaliyyəti ilə ediləcək təqdimat ölkəmizin edəcəyi ixracata, ölkəmizə ediləcək sərmayəyə və turizm sektorumuzda ciddi irəliləyişlər təmin edəcək.

Gökhan Türkeş Öngel
Türkiyə

Paylaş: