Be. Dek 9th, 2019

Türkiyə yenə ABŞ-ı qorxutdu

Bu dəfəyə də qorxuya səbəb “S-400” kompleksi olub

Türkiyə bütün etirazlara rəğmən Rusiyadan aldığı S-400 raket kompleksini sınaqdan keçirmək istəyi ilə yenidən ABŞ-ı hiddətləndirib.

Amerikalı senator bu barədə narahatlığını dilə gətirib. Demokrat Kris van Hollen prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərindən iki həftə sonra belə qərar verməsinə diqqət çəkib.

Onun sözlərinə görə, bu yolla şəxsən Ağ evin rəhbərinə – Donald Tramp, Birləşmiş Ştatlara, eləcə də NATO-ya hörmətszilik nümayiş etdirilir. Senat hesab edir ki, Ankara bu davranışı ilə S-400-lə bağlı daha bir “qırmızı xətti” keçir.

Van Hollen indi dövlətin lazım olan addımları atmasının, Türkiyəyə qarşı sanksiyaların tədbiq edilməsi gərəkdiyini deyib.

Xatırladaq ki, sistemin sınağı barədə yerli mətbuat məlumat yayıb. S-400-ün sınağının Ankara yaxınlığında olacağı deyilir.   /istipress.com/

Paylaş: