Be. Dek 9th, 2019

İrandakı etiraz aksiyalarında 7 min nəfər saxlanılıb

Keçən həftə İranda benzin qiymətlərinin 300% qaldırılması ilə bağlı keçirilən etiraz aksiyalarında 7 min nəfər saxlanılıb.

Turkustan.info xəbər verir ki, bu açıqlama ilə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin mətbuat katibi Hüseyn Nakavi çıxış edib. O,  bu barədə açıqlama versə də, dəqiq məlumatın dövlət rəsmiləri tərəfindən açıqlanmasının laızm olduğunu deyib.

Qeyd edək ki, ABŞ sanksiyaları üzündən çətin dövrlərini yaşayan İran əhalisi 15 noyabrda benzin qiymətinin 3 dəfə qalxmasından sonra etiraz aksiyalarına başlamışdı.  /Avropa.info/

Paylaş: