05 İyul 2020 20:52

IV Qazax-Qırğız Ziyalılar Forumu keçirilib – FOTOLAR

Qırğızıstanın paytaxtı Bişkekdə Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə IV Qazax-Qırğz Ziyalılar Forumu keçirilib.

“Sağlam qardaşlıq bağları” başlığı altında baş tutan tədbirə Qazaxıstan Prezidentinin köməkçisi Maulen Aşimbayev, Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli, Qırğızıstan Prezidentinin məsləhətçisi Sultan Rayev, hər iki tərəfdən səfirlər, Qırğızıstan Jokorqu Keneşinin millət vəkilləri, tanınmış ictimai xadimlər qatılıb.

Maulen Aşimbayev bildirib ki, yüzillər boyu iki qardaş ölkənin dostluğunun güclənməsində ziyalıların əvəzsiz rolu olub və müstəqillik qazandıqdan sonra Qazaxıstanın Qurucu Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə imzalanan “Əbədi dostluq” anlaşması ilə bu əlaqələr daha da möhkəmlənib.

Forum çərçivəsində BTA tərəfindən yayaımlanan üç yeni kitabın təqdimatı keçirilib. O.Karayevin “Çağatay Ulusu. Haydu Dövləti. Monqolustan” adlı əsəri, ilk dəfə qazax dilinə çevrilən qırğızların tarixi dastanı “Ər Esim” və Z.K.Kurmanovun “Alaş partiyasının Qırğız şöbəsi: quruluşu, fəaliyyəti, taleyi” adlı kitabları oxuyucuların ixtiyarına verilib.

Forum iştirakçıları Çon Taş (Böyük Daş) kəndində XX əsrin 30-cu illərindəki sürgün qurbanlarının şərəfinə ucaldılan Ata-Beyit abidəsini ziyarət ediblər.

Qeyd edək ki, Qazax-Qırğız Ziyalılarının Forumu Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə ilk dəfə 2018-ci ilin aprel ayında Nur-Sultanda keçirilib. Bişkekdə təşkil olunan IV Forumun əsas məqsədi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qırğızıstana rəsmi ziyarəti ərəfəsində ili ölkənin sağlam qardaşlıq əlaqələrinə diqqət çəkməkdir.

Qarşıdakı illərdə Qazaxıstan ziyalılarının Azərbaycan daxil olmaqla digər türk dövlətləri ilə analoji görüşlərinin təşkili planlaşdırılır.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin