Ç. Dek 11th, 2019

“Qadını döymək nadanlıq əlamətidir” – Seymur Verdizadə

Son dövrlərdə “Qadın zorakılığı” qlobal problemlərdən biri olduğu üçün BMT Baş Assambleyasının 17 dekabr 1999-cu ilin 54/134 qətnaməsinə əsasən, 25 noyabr Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü kimi qeyd olunur. Qadın və qızlara qarşı zorakılıq artıq pandemiya xarakteri aldığındanvəziyyət kəskin dərəcədə dözülməz həddə çatıb. Bəli bütün dünyada qadına qarşızorkılığın ən iyrənc şəkildə həyata keçirilməsi və ictimailəşdirilməsi buna sübutdur. Bu halyuxarıda qeyd etdiyimiz kimi Azərbaycandan da yan ötməyib. Çünki elə bir həftə yoxdur ki, həmin həftəboyu qadına qarşı cinayət işlədilməsin, qadınlar qətlə yetirilməsin. Ötən gün Abşeron rayonunda baş verən qətl hadisəsində başı kəsilərək qətlə yetirilən Aytən Fərzəliyeva növbəti qurbanlardan biridir.

TURKUSTUN.İNFO xəbər verir ki, tanınmış jurnalist Seymur Verdizadə ADALET.AZ saytına açıqlamasında belə deyib: “Qadınlara qarşı zorakılıq nadanlıq əlamətidir. Yalnız cahil kişilər qadına əl qaldıra, ona qarşı şiddət tətbiq edə bilərlər. Qadın zərif cinsdir, onu sevmək, qayğısına qalmaq lazımdır.

Təəssüf ki, hamı bu cür düşünmür. Qadınlara qarşı şiddətin artması narahatlıq üçün əsas verir. Həyat yoldaşı tərıfindən qətlə yetirilən qadınların sayı ilbəil artır. Azərbaycanda kişiylə qadın mədəni şıkildə ayrıla bilmir. Boşanma prosesi çox vaxt dava-dalaşla, düşmənçiliklə müşayiət olunur. Cəmiyyət bir-birini sevməyən iki insanı eyni damın altında yaşamağa məcbur etməmılidir. Boşanmış qadına aşağılayıcı münasibət olmamalıdır.
Toplum yollarını ayıran cütlüklərə qınayıcı nəzərlərlə baxmamalıdır.
Münasibətlər kriminal müstəviyə çıxmadan aydınlaşmalıdır.
Qadın kişinin köləsi deyil. Kişinin öz xanımı ilə kölə kimi davranmaq hüququ yoxdur. Qadının kişidən iqtisadi asılılığına son qoyulmalıdır. Hər bir qadın öz ayaqları üstündə dayanmağı bacarmalıdır. Bunun üçün qız uşaqlarına yaxşı təhsil vermək, onların sənət öyrənməsinin qeydinə qalmaq lazımdır”.

Paylaş: