28 Noyabr 2020 05:25

Rada nümayəndəsindən erməni səfirə cavab: Azərbaycan torpağı…

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə səlahiyyətli nümayəndəsi Lüdmila Denisova “Silahlı münaqişə şəraitində uşaq hüquqlarının qorunması” mövzusunda Kiyevdə keçirilən beynəlxalq tədbirdə Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyanın mövzudan kənar və yersiz çıxışına münasibət bildirib.

Turkustan.info xəbər verir ki, Lüdmila Denisova tədbirin bağlanış mərasimindəki çıxışında bu məsələyə toxunaraq deyib: “Azərbaycan nümayəndə heyətinin mövzu ətrafında çıxışı zamanı Ermənistanın Ukraynadakı səfirinin təhrif olunmuş bəyanatı yolverilməzdir. Azərbaycanın ərazilərinin bir hissəsini işğal etmiş ölkənin səfirinin bu cür mövqeyi yersizdir”.  /Axar.az/

Paylaş: