Be. Dek 16th, 2019

Türkiyə bu ölkələri qorumaqdan imtina etdi – Sensasiya

Türkiyə hakimiyyəti NATO-nun Baltikyanı ölkələri və Polşanı qorumaq planını dəstəkləməkdən imtina etdi.

Turkustan.info xəbər verir ki, bu sözləri alyansın adı açıqlanmayan yüksək rütbəli nümayəndəsi deyib.

“NATO üzvü olan Türkiyə olduqca çətin siyasi oyun aparır. Bir tərəfdən Ankara alyansda qalır, digər tərəfdən isə xarici siyasəti ilə bağlı, xüsusilə Suriya məsələsində alyansın əsas ölkələrindən dəstək almır. NATO-nun Baltikyanı ölkələri qorumaqla bağlı strategiyasını Türkiyə dəstəkləmək istəmir”, – deyə bildirilib.

Qeyd edək ki, 2014-cü ildə NATO Rusiyanı özünün əsas strateji rəqibi elan edib. Bu səbəbdən Rusiyanın qərb sərhədləri yaxınlığında hərbi təsirini gücləndirməyə başlayib.   /Axar.az/

Paylaş: