Be. Dek 16th, 2019

Türkiyə “S-400”-ləri sınaqdan keçirməyə başlayıb

Türkiyə Rusiyadan alınan “S-400” zenit-raket kompleksini sınaqdan keçirir.

Turkustan.info xəbər verir ki, bu məqsədlə paytaxt Ankarada “F-16”-lar və digər hərbi təyyarələrin test uçuşları həyata keçirib.

Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı olan “S-400” zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində “S-400” tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində “Patriot” komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni “F-35” tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

Qeyd edək ki, bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd “S-400” divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.    /Cebhe.info/

Paylaş: