Be. Dek 16th, 2019

Türkiyədən ABŞ-a S-400 cavabı: “Qutuda saxlamaq üçün alınmayıb”

“Bir məhsulu qutuda saxlamaq üçün almırlar. İstehsal etmədiyimiz üçün bir yerdən almağımız gərəkir. ABŞ-dan olanlarla bu barədə çox danışdıq”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Rusiyadan aldığı S-400 kompleksi haqqında danışıb. O, ABŞ-ın sistemin sınağından narahatlığını şərh edib.

Nazir qeyd edib ki, müttəfiqlərdən ala bilmədikləri üçün  Rusiyanın təklifini ən sərfəli kimi görüblər.

Nazir bildirib ki, amerikalılara ortaq işçi qrup yaratmağı, NATO-nun bu qrupun başında dayanmasını təklif ediblər. Lakin Amerika bu təklifi qəbul etməyib. “ABŞ zəmanət verəcəksə “Patriot”da almaq istəyirik”.

Xatırladaq ki, Türkiyənin bütün etirazların fonunda Rusiyadan aldığı S-400 raketdən müdafiə sisteminin sınağını həyata keçirib. Sınaqdan sonra ABŞ-ın açıqlaması özünü çox gözlətməyib. Bu ölkənin dövlət katibi Maykl Pompeo Türkiyənin bu addımının narahatlıq doğurduğunu deyib.

Pompeo adıçəkilən sistemin sınağı üçün F-16 qırıcılarının Ankara səmasına qaldırılması barədə suala cavabında deyib ki, ABŞ Türkiyənin genişmiqyaslı sınağından imtina etməsinə nail olmaq  niyyətindədir. “Biz ümid edirik. Hələ də Türkiyə tərəfi ilə danışıqlar aparır, bu məsələnin həllinə çalışırıq”.   /istipress.com/

Paylaş: