C. Dek 6th, 2019

Arif Hacılı: “Biz də bu parlamentin buraxılmasını istəyirdik”

“Hazırkı parlamentin buraxılmasını biz də hər zaman təklif və tələb etmişdik”. 

Turkustan.info xəbər verir ki, bu barədə Azadlıq radiaosuna açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı söyləyib.

Partiya rəhbəri deyib ki, onlar növbədənkənar parlament seçkinin keçirilməsinin tərəfdarıdırlar: “Amma bunun üçün Seçki Məcəlləsi dəyişməli, seçki komissiyaları yenidən formalaşdırılmalı, demokratik seçki mühiti yaradılmalıdır”. A.Hacılı həmçinin, prorarsional sistemin də bərpasının zəruriliyini bildirib.

Paylaş: