Be. Fev 17th, 2020

Azay Quliyev parlamentin buraxılmasına mövqeyini açıqladı – FOTO

Milli Məclisdə bitərəf millət vəkili kimi təmsil olunan Azay Quliyev Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması haqda təşəbbüsünə münasibət bildirib. 

Turkustan.info xəbər verir ki, Twitter üzərindən yayınladığı açıqlamasında A.Quliyev YAP-ın təşəbbüsünə dəstəyini ifadə edib: “V çağırış Milli Məclisin buraxılmasına dair Yeni Azərbaycan Partiyasının təşəbbüsü cənab Prezidentin müəllifi olduğu islahatlar kursunun ölkəmizin qanunverici orqanında da dərinləşməsinə və günümüzün çağırışlarına uyğun olaraq yenilənmiş Parlamentin formalaşmasına yardım edəcək”.

Paylaş: