Be. Dek 16th, 2019

İrana növbəti ZƏRBƏ – Etirazçılar Nəcəfdə konsulluğa OD VURDU

İraqın Nəcəf şəhərində etirazçılar İran konsulluğunun binası yandırıb.

Turkustan.info RİA-ya istinadən xəbər verir ki, bu barədə yerli Shafaq agentliyi məlumat yayıb.

Verilən məlumata görə, konsulluğa soxulan bir qrup nümayişçi binaya od vuraraq yandırıb. Yanğın baş verməzdən bir neçə dəqiqə əvvəl iranlı diplomatlar mühafizəçilərin müşayiəti altında ərazini tərk etməyə müvəffəq olub.

İğtişaşlar zamanı 80-dən çox şəxs xəsarət alıb. Nəcəf bölgəsində komendant saatı elan edilib.  /Redaktor.az/

Paylaş: