25 Noyabr 2020 17:31

Vilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu İŞDƏN ÇIXARDI

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi, polis polkovniki Fuad Məmmədli vəzifəsindən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədli xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib.

F.Məmmədlinin yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, F.Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlududur. (report)

Paylaş: