Be. Dek 9th, 2019

“Əli İnsanov kimdir ki, mən ona qoşulum?” – Keçmiş baş prokurordan mesaj (Video)

“Space” TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin növbəti qonağı Azərbaycanın keçmiş baş prokuroru Əli Ömərov olub.

Turkustan.info xəbər verir ki, Əli Ömərov ilk dəfə olaraq baş prokuror olan zaman Mahir Cavadov tərəfindən necə və kimlərin iştirakı ilə işgəncəyə məruz qalmasından danışıb. O, həmçinin necə intiqam alacağını da bildirib.

Bununla yanaşı, Əli Ömərov bu gün müxalifət düşərgəsinə keçid etməsiylə bağlı səslənən fikirlərə də münasibət bildirib.

Xatırladaq ki, “Sadə həqiqətlər” verilişi bu gün saat 21:50-də Space TV-də yayımlanacaq.

/Avopa.info/

Paylaş: