Be. Dek 16th, 2019

Ərdoğandan Makrona sərt mesaj: “İstədiyiniz qədər atılıb-düşün…”

“Fransa bizdən soruşur ki, sizin Suriyada nə işiniz var? Bizim Suriya ilə bağlı müqavilələrimiz, 911 km uzunluğunda sərhədimiz var. Bəs, Fransanın Suriyada nə işi var?”.

Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan Mərmərə Universitetində çıxışında deyib.

O, Makronun YPG/PYD terorçularına dəstəyini xatırladaraq bildirib ki, Türkiyə NATO-nun mühüm üzvüdür: “Fransa prezidenti Emmanuel Makrona dəfələrlə demişəm. İstədiyiniz qədər atılıb-düşün. İstədiyiniz qədər əvələyib-gəvələyin. Əvvəl-axır Türkiyənin suverenlik haqlarına, təhükəsizlik siyasətinə hörmət edəcəksiniz.

Burada təkrarlamaq istəyirəm: Türkiyə Suriyadan torpaqlarımıza yönələn təhdidlər tamamilə bitənə, son terrorçu məhv edilənə qədər əməliyyatını davam etdirəcək”.  /Mia.az/

Paylaş: