C. Dek 6th, 2019

Bişkekdə Türk dünyası gənclər siyasəti ilə bağlı MÜHÜM QƏRARLAR – (Fotolar)

Türk Şurasına üzv dövlətlərin gənclər sahəsindəki əməkdaşlığının davamlılığının təmin olunması, gənclər arasında iş birliyinin gücləndirilməsinin mexanizmlərinin müzakirə olunduğu iclasda 2020-ci il fəaliyyət planına uyğun olaraq bir sıra vacib qərarlar qəbul edilib:

1. Gənclər Platformasının 2-ci Baş Assambleyası Forumunun keçirilməsi

2. 3-cü Türk Şurası Gənc Liderlərin Forumunun keçirilməsi.

3. Gənclər Platforması çərçivəsində ilk dəfə Youth Exchange təcrübəsinin hazırlanması. Gənc beynəlxalq könüllülük təcrübəsinin öyrənilməsi məqsədi ilə Azərbaycan və Türkiyə arasında ilk təcrübənin başlaması.

4. 5ci Gənclər Düşərgəsinin keçirilməsi və bu istiqamətdə müxtəlif işlərin başlanması üçün müzakirəkərin aparılması. Eyni zamanda 4cü gənclər festivalı üçün keçiriləcək ölkə tərəfindən artıq konkret təkliflərinin alınması.

5. Gənc Sahibkarlar Forumunun Uzbekistan Prezidenti tərəfindən Bakıda keçirilən Zirvə görüşündə təşəbbüs olunduğu üçün forumun baş tutması istiqamətində ilkin danışıqlara başlanılması.

6. Türk Şurası Gənclər Platformasına daha 2 ölkənin ( Uzbekistan, Hungary ) gənclər təşkilatlarının cəlb olunması istiqamətində konkret addımların atılması.

7. Müxtəlif mədəniyyətlilik dialoquna uyğun radikalizm və ekstremizmlə mübarizəyə görə alyanslarla xüsusi işin qurulması. Yeni bir iş formatının müəyyən olunması.

Paylaş: