Şb. Dek 7th, 2019

İlham Əliyev 8 fərman imzaladı

Prezident İlham Əliyev Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, Bakı şəhərinin rayonlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının yenidən qurulması (o cümlədən sökülərək yerində yeni bina inşası) ilə bağlı Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam verilmiş tikinti niyyətlərinə (layihələrinə) münasibətdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməklə, həmin tikinti obyektinin yerləşdiyi ərazi üzrə:

1.1. ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini;

1.2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı ilə tikinti obyektlərinin tikintisinə icazə verilməsini;

1.3. tikinti obyektlərinin istismarına icazə verilməsini Bakı şəhərinin müvafiq rayon icra hakimiyyəti həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 10 mart tarixli 299 nömrəli və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” 2001-ci il 4 iyul tarixli 524 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında”, “Milli arxiv fondu haqqında”, “Avtomobil yolları haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1608 VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 166; 2004, № 12, maddə 1005; 2009, № 10, maddə 784; 2014, № 1, maddə 21, № 10, maddə 1184; 2016, № 6, maddə 1068; 2017, № 12 (I kitab), maddə 2287; 2018, № 8, maddə 1707) 2-ci hissəsinin üçüncü abzasında “on ikinci” sözləri “doqquzuncu” sözü ilə əvəz edilsin.

2. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 524 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 461; 2014, № 5, maddə 477, № 11, maddə 1391; 2016, № 8, maddə 1384) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. dördüncü abzasdan “və 29-cu maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın” sözləri çıxarılsın;

2.2. yeddinci abzas ləğv edilsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli, “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 527 nömrəli fərmanlarında və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 964 nömrəli, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 19 yanvar tarixli 995 nömrəli, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1553-VQD nömrəli Qanununun icrası məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.41-ci yarımbəndində “Tədrisi” sözü “Təhsil” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 226) ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”na 2 nömrəli əlavə – “Kadrlar uçotunun şəxsi vərəqəsi”nin “Təhsiliniz” hissəsindən və 4 nömrəli əlavə – “Dövlət qulluqçusunun şəxsi vərəqəsi”nin “Ümumi məlumat” hissəsinin 5-ci bəndindən “ilk” sözü çıxarılsın.

3. “Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1637; 2016, № 8, maddə 1384; 2017, № 4, maddə 576, № 8, maddə 1521; 2018, № 5, maddə 1093, № 11, maddə 2287; 2019, № 5, maddə 899) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 4.4-cü bəndinin “Tədbirin adı” sütununda “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 39; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 5, maddə 802, № 8, maddə 1521; 2019, № 3, maddə 443, № 5, maddə 899) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 4.4-cü bəndinin “Strateji hədəflər” sütununda, 4.4.1-ci və 4.4.2-ci yarımbəndlərinin “Tədbirlər” sütununda, 4.4.3-cü yarımbəndinin “Tədbirlər” və “Tədbirin həyata keçirilməsi üçün zəruri əsaslar” sütunlarında “peşə-tədris” sözləri “peşə təhsil” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2106) ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.3.10-cu yarımbəndin “Hədəf” və “Baza göstəricisi və baza ili” sütunlarında və 4.2.7-ci yarımbəndin 7-ci abzasında “tədrisi” sözü “təhsil” sözü ilə əvəz edilsin;

5.2. 4.3.6-cı yarımbənddə “peşə təhsili (ilk peşə-ixtisas, orta ixtisas və ali)” sözləri “təhsil (peşə, orta ixtisas və ali)” sözləri ilə əvəz edilsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 52) ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6.3-1-ci bənd əlavə edilsin:

“6.3-1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi siyahı üzrə bu Əsasnamənin 6.1-ci bəndinə uyğun olaraq verilən, dayandırılan, bərpa və ya ləğv edilən lisenziyalar, onların əlavələri və icazələr barədə Qanunun 8.1-ci maddəsində göstərilən məlumatlar portal tərəfindən real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1686-VQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1686-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 6.3.3-1-ci maddəsinə uyğun olaraq, verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin siyahısını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 671, № 12, maddə 2064; 2017, № 4, maddə 532) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.2-ci bəndə “6.3.3-cü maddəsində (birinci halda),” sözlərindən sonra “6.3.3-1-ci maddəsində (birinci halda),” sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:

“2.6-1. həmin Qanunun 6.3.3-1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 869 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli 689 nömrəli Fərmanının icrası məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə 531, № 9, maddə 854; 2016, № 11, maddə 1805; 2017, № 7, maddə 1355, № 12 (I kitab), maddə 2312; 2019, № 3, maddə 403, № 5, maddə 848) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.35-1–8.35-4-cü bəndlər əlavə edilsin:

“8.35-1. peşə təhsili müəssisələrini idarə etmək və fəaliyyətini əlaqələndirmək məqsədilə məlumat bazası yaradır, onun digər təhsil pillələri və səviyyələrinin məlumat infrastrukturuna inteqrasiyasını təmin edir;

8.35-2. insan kapitalını inkişaf etdirmək, məşğulluğu təmin etmək və keyfiyyətli əmək bazarı formalaşdırmaq məqsədilə ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mövcud problemləri araşdırır, bu istiqamətdə analitik və metodik materiallar hazırlayır;

8.35-3. yaşlılar üçün (məcburi dövlət sosial sığortasına cəlb olunmayan şəxslərə münasibətdə) peşə təlimini və ixtisasartırmanı təmin edir;

8.35-4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin peşə təhsili almaq hüququnu təmin edir;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072; 2017, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73, № 2, maddə 245, № 5, maddə 845, № 6, maddə 1036, № 7, maddə 1732, № 8, maddə 1397) ilə təsdiq edilmiş Əlavə II “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.24-1-ci və 3.1.27-2-ci yarımbəndlər əlavə edilsin:

“3.1.24-1. insan kapitalını inkişaf etdirmək, məşğulluğu təmin etmək və keyfiyyətli əmək bazarı formalaşdırmaq məqsədilə ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mövcud problemləri araşdırmaq, bu istiqamətdə analitik və metodik materiallar hazırlamaq;”;

“3.1.27-2. yaşlılar üçün (məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərə münasibətdə) peşə təlimini və ixtisasartırmanı təmin etmək.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 674; 2019, № 5, maddə 848) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, əmək bazarının tələblərinə və dövlət-özəl tərəfdaşlıq mexanizminə uyğun olaraq, tabeliyindəki peşə təhsili müəssisələrində kadr hazırlığına dair sifarişlərin formalaşdırılmasını təmin edir və proqnozları tərtib edir;ˮ;

3.2. aşağıdakı məzmunda 3.1.14-1-ci yarımbənd əlavə edilsin:

“3.1.14-1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, işəgötürənlərin və təhsilalanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə iş yerlərində və tabeliyindəki peşə təhsili müəssisələrində təcrübə proqramları hazırlayırˮ.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyi arasında Özbəkistan Respublikasında Dövlət Xidmətləri mərkəzlərinin təkmilləşdirilməsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyi arasında Özbəkistan Respublikasında Dövlət Xidmətləri mərkəzlərinin təkmilləşdirilməsi haqqında 2019-cu il oktyabrın 4-də Daşkənd şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərsin”.

***

Prezident İlham Əliyev “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin yeddinci abzasında, 10-cu maddəsinin 3-cü hissəsinin birinci və üçüncü cümlələrində və 4-cü hissəsinin ikinci cümləsində, 13-cü maddəsinin 1-ci hissəsində, 2-ci hissəsinin ikinci (hər iki halda) cümləsində və 7-ci hissəsinin birinci cümləsində, 15-ci maddəsinin 3-cü hissəsində, 16-cı və 17-ci maddələrinin birinci hissələrində, 19-cu maddəsinin 3-cü hissəsində, 21-ci maddəsinin ikinci hissəsində, 22-ci maddəsinin 2-ci və 7-ci hissələrində, 23-cü maddəsinin birinci və ikinci hissələrində, 24-cü maddəsinin 5-ci hissəsində, 27-ci maddəsinin 2-ci hissəsində, 30-cu maddəsinin 4-cü hissəsində, 32-ci maddəsinin 5-ci və 7-ci hissələrində, 33-cü maddəsinin 4-cü hissəsində, 34-cü maddəsinin 2-ci hissəsində, 36-cı maddəsinin 2-ci, 3-cü və 4-cü (hər iki halda) hissələrində, 37-ci, 38-ci və 45-ci maddələrinin 2-ci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 13-cü maddəsinin 2-ci (birinci halda) hissəsində, 16-cı və 17-ci maddələrinin birinci hissələrində, 32-ci maddəsinin 5-ci hissəsində və 34-cü maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 13-cü maddəsinin 7-ci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.4. həmin Qanunun 32-ci maddəsinin 7-ci hissəsində “orqan (qurum)” dedikdə yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydasının təsdiqinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın miqdarının müəyyən edilməsinə münasibətdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;

2.5. həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin yeddinci abzasında, 10-cu maddəsinin 3-cü hissəsinin üçüncü cümləsində və 4-cü hissəsinin ikinci cümləsində, 13-cü maddəsinin 1-ci və 2-ci (ikinci halda) hissələrində, 15-ci maddəsinin 3-cü hissəsində (neftə və qaza münasibətdə Azərbaycan Respublikası Energetika Nazirliyinin iştirakı ilə), 19-cu maddəsinin 3-cü hissəsində, 21-ci maddəsinin 2-ci hissəsində, 27-ci maddəsinin 2-ci hissəsində, 33-cü maddəsinin 4-cü hissəsində, 37-ci və 45-ci maddələrinin 2-ci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

2.6. həmin Qanunun 22-ci maddəsinin 2-ci hissəsində, 23-cü maddəsinin 2-ci hissəsində, 38-ci maddəsinin 2-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

2.7. həmin Qanunun 22-ci maddəsinin 7-ci hissəsində və 24-cü maddəsinin 5-ci hissəsində “orqan (qurum)” dedikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

2.8. həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində və 23-cü maddəsinin 1-ci hissəsində “orqan (qurum)” dedikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

2.9. həmin Qanunun 36-cı maddəsinin dördüncü (birinci halda) hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur;

2.10. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsində və 6-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.11. həmin Qanunun 6-cı maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü və 4-cü hissələrində, 18-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.13. həmin Qanunun 7-ci maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi (yeraltı qaz anbarlarına münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə) nəzərdə tutulur;

2.14. həmin Qanunun 7-ci maddəsinin 4-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

2.15. həmin Qanunun 18-ci maddəsinin 4-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

2.16. “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin onuncu abzasında və 5-ci hissəsində, 10-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.17. həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin onuncu abzasında “orqan (qurum)” dedikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ətraf mühitə təsirə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə) nəzərdə tutulur;

2.18. həmin Qanunun 9-cu maddəsinin 5-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

2.19. həmin Qanunun 10-cu maddəsinin 1-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.  /Axar.az/

Paylaş: