03 İyul 2020 13:43

Mingəçevirdə elmi-texniki konfrans

Azərbaycan Texniki Universiteti ilə Mingəçevir Dövlət Universiteti memorandum imzaladı

Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə noyabrın 29-da Mingəçevirdə “Sosial-iqtisadi inkişafın dayanıqlı enerji təminatı: universitet – sənaye işbirliyi və innovativ kadr hazırlığı” mövzusunda 1-ci regional elmi-texniki konfrans keçirilib. Konfransda Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, “AzərEnerji” ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov,  “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi” MMC-nin, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxsləri  iştirak ediblər. 

Konfransda BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş və BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə qəbul edilmiş Dayanıqlı İnkişaf  Məqsədlərindən irəli gələn çağırışlara dair nəzəri və praktiki müzakirələr aparılıb. Çıxış edənlər universitet – sənaye işbirliyinin daha da inkişaf etdirilməsi, enerji sektoru üçün peşəkar kadrların hazırlanmasının vacibliyini vurğulayıblar. 2020-ci il oktyabrın 20-də energetiklərin peşə bayramı münasibətilə Mingəçevirdə  beynəlxalq konfransın  keçirilməsi qərara alınıb.

Tədbir çərçivəsində Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti arasında energetika və elm–təhsil üzrə potensialın artırılması sahəsində Anlaşma Memorandumu imzalanıb.

Daha sonra konfrans iştirakçıları Mingəçevir şəhərində yerləşən “Azərbaycan İES” MMC və “Mingəçevir SES” MMC-də olublar.

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin