Be. Dek 9th, 2019

Prezidentin yüksək vəzifə verdiyi İsrafil Məmmədov kimdir? – DOSYE/FOTO

Prezident İlham Əliyev İsrafil Məmmədovu Neft Fondunun icraçı direktoru vəzifəsinə təyin edib.

İ.Məmmədov 26 iyul 1973-cü ildə anadan olub.

1990 – 1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alıb və ixtisasca iqtisadçıdır. O, ingilis, ərəb, rus dillərini bilir, evlidir, üç övladı var.

İ.Məmmədov 1995 -1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində çalışıb.

1996-2007-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində işləyib.

2007-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifəsini tutub.

2008-2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunda Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsini icra edib.

23 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib. (publika.az)

Paylaş: