01 Dekabr 2020 21:20

Qırğızıstanın paytaxtı Bişkekdə Türk Şurası Gənclər və İdman nazirlərinin 4-cü iclası keçirilib – FOTO

Qırğızıstanın paytaxtı Bişkekdə Türk Şurası Gənclər və İdman nazirlərinin 4-cü iclasıkeçirilib. Tədbirdə iştirak edən Türk Şurası Gənclər Platformasının prezidenti MirHəsən Seyidov Türk Şurasına üzv Dövlətlərin gənclər sahəsindəki əməkdaşlığının davamlılığı istiqamətində Bişkekdə 2020-ci ilin fəaliyyət planına uyğun bir çox vacib qərarlar alındığını vurğulayıb.

M. Seyidov bildirib ki, iclasda qeyd edilən məsələlər mühüm əhəmiyyət kəsb edir. Gənclər Platformasının 2-ci Baş Assambleyası Forumunun keçirilməsi, 3-cü Türk  Şurası Gənc Liderlər Forumunun keçirilməsi, Gənclər Platforması çərçivəsində ilk dəfə Youth Exchange təcrübəsinin hazırlanması, gənc beynəlxalq könüllülük təcrübəsinin öyrənilməsi məqsədi ilə Azərbaycan və Türkiyə arasında ilk təcrübənin başlanması kimi məsələlərin diqqətdə olması yaxşı haldır. Həmçinin, 5-ci Gənclər Düşərgəsinin keçirilməsi və bu istiqamətdə müxtəlif işlərin başlanması üçün müzakirələrin aparılması, eyni zamanda keçiriləcək 4-cü gənclər festivalı üçün ölkə tərəfindən artıq konkret təkliflərinin alınması, Gənc Sahibkarlar Forumunun Özbəkistan Prezidenti tərəfindən Bakıda keçirilən Zirvə görüşündə təşəbbüs olunduğu üçün forumun baş tutması istiqamətində ilkin danışıqlara başlanılması, Türk Şurası Gənclər Platformasına daha 2 ölkənin (Özbəkistan, Hungary ) gənclər təşkilatlarının cəlb olunması istiqamətində konkret addımların atılması, müxtəlif mədəniyyətlilik dialoquna uyğun radikalizm və ekstremizmlə mübarizəyə görə alyanslarla xüsusi işin qurulması, yeni bir iş formatının müəyyən olunması kimi məsələlərə toxunuldu.

M. Seyidov onu da qeyd edib ki, iclasda çıxış edən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Türk Şurası Gənclər Platformasının beynəlxalq gənclər təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasının faydalı olduğunu, hazırda Platformaya Azərbaycanın sədrlik etdiyini və mövcud əlaqələrimizdən və təcrübədən istifadə edərək Platformanın inkişafına töhfələr verəcəklərini bildirdi. A.Rəhimov 2020-ci ilin yay aylarında Türk Şurası V Beynəlxalq Gənclər Düşərgəsinin Azərbaycanda keçirilməsini təklif etdi. Düşünürəm ki, Türk Şurası V Beynəlxalq Gənclər Düşərgəsinin Azərbaycanda keçirilməsi bizim üçün əhəmiyyətli hadisə olar.

 

Eyni zamanda, 2020-ci ildə Qazaxıstanda həyata keçiriləcək 2-ci İdman Oyunları Türk Universiadası, 2020-ci ildə Türkiyədə baş tutacaq 4-cü Dünya Köçəri oyunları, Türk Şurasına üzv dövlətlərin dopiqnlə mübarizə məsələsi, Türkiyə Anti- Dopinq Komissiyasının təcrübə mübadiləsi və bu sahəni əhatə edən digər mühüm mövzular idman sahəsinin müzakirə mərkəzində oldu. Türk Şurası Gənclər Platforması adına xeyirli-uğurlu olsun.

Paylaş: