Şb. Dek 7th, 2019

Vilayət Eyvazov müavini rəis TƏYİN ETDİ

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Sahib İskəndərov DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına rəis təyin edilib.
O, bundan əvvəl Avtomobil Təsərrüfatının rəis müavini vəzifəsində çalışıb.
eyd edək ki, bir müddət əvvəl DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini, polis polkovniki Əkbər Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
DİN-in Avtomobil təsərrüfatının rəisi, polis polkovniki Elçin Alıyev Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini təyin olunub.  /oxu.az/

Paylaş: