Ç. Dek 11th, 2019

Abşeronun 11 illik Musiqi məktəbinin kollektivi İsmayıllıda konsert proqramı ilə çıxış edib – ŞƏKİLLƏR

Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbinin kollektivi İsmayıllı şəhər F.Əzimov adına uşaq incəsənət məktəbində konsert proqramı ilə çıxış edib.

Turkustan.info xəbər verir ki, tədbir regionlararsı qarşılıqlı əlaqələrin gücləndirilməsi və qarşılıqlı yaradıcılıq əlaqələrin qurulması məqsədilə keçirilib.

Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbinin direktoru, Əməkdar müəllim İkram Manafov və F.Əzimov adına uşaq incəsənət məktəbinin direktoru Bəhruz Həşimov çıxış edərək belə tədbirlərin məktəblər arasında sıx münasibətlərin yaranmasında, şagirdlərin bədii-estetik zövqünün formalaşmasında, onların musiqi sahəsində inkişafında əhəmiyyətli rolundan danışıblar.

Sonra şagirdlərin bir-birindən maraqlı ifaları dinlənilib.

Konsertdə məktəbin xalq çalğı alətləri, fortepano və xanəndəlik sinfi şagirdlərinin ifasında muğamlar, segahlar, xalq və bəstəkar mahnlları, o cümlədən, dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti







Abşeronun 11 illik Musiqi məktəbinin kollektivi İsmayıllıda konsert proqramı ilə çıxış edib

Paylaş: