C. Dek 6th, 2019

Arif Rəhimzadə parlamentin buraxılması qərarına ETİRAZ ETDİ

Deputat Arif Rəhimzadə Milli Məclisin buraxılması ilə bağlı qərara etiraz edib. 

Turkustan.info xəbər verir ki, qərarda yer alan “Parlamentin bu tərkibdə işləməsi mümkünsüzdür” bəndi deputatın etirazın səbəb olub.

A.Rəhimzadə bunun parlamentin işləmədiyi anlamına gəldiyini deyib.

Spiker Oqtay Əsədov isə Arif Rəhimzadəyə cavab olaraq bildirib ki, qərarda belə bir bənd yoxdur: “Arif müəllim, siz iclasa diqqətlə qulaq asmamısız. Ona görə də yanlış anlamısınız”.

Sonda O.Əsədov parlamentin sonuncu iclasının sabah keçiriləcəyini deyib.   /Cebhe.info/

Paylaş: