Be. Dek 16th, 2019

BNA-dan külək xəbərdarlığı

Havaya görə Bakıda yollar və ictimai nəqliyyata nəzarət gücləndirilib

Bakı Nəqliyyat Agentliyi müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına xəbərdarlıq edib. Məlumatda deyilir:

“Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.
Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.

Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik”.

Paylaş: