Be. Dek 16th, 2019

Milli Məclis bu gün toplanır – Parlament BURAXILIR

Bu gün – dekabrın 2-də Milli Məclisin xüsusi iclası keçiriləcək.  Turkustan.info  xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ daxildir: Parlamentin buraxılması üçün Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların müraciətinə baxılması…

Xatırladaq ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlar adından Milli Məclisin buraxılması ilə bağlı müraciət qəbul olunub.

68 nəfər YAP-çı deputatın təşəbbüsünə  daha sonra müstəqil deputatlar da dəstək verib.

Ehtimal olunur ki, bugünkü iclasın sonunda Milli Məclis parlamentin buraxılması təşəbbüsünü dəstəkləyəcək və 2 ay ərzində növbəti seçkilərin keçirilməsi üçün ölkə başçısı tərəfindən qərar veriləcək.  /Modern.az/

Paylaş: