Be. Dek 16th, 2019

Qorbaçovdan xəbərdarlıq: Bəşəriyyət məhv ola bilər

SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov “qaynar müharibə” ilə bağlı ABŞ və Rusiyaya xəbərdarlıq edib.

Turkustan.info -nun məlumatına görə, Qorbaçov vurğulayıb ki, silahlanmaya nəzarəti əsla əldən vermək olmaz.

Qorbaçov indi Moskva-Vaşinqton əlaqələrinin Soyuq müharibədən sonra daha bərbad olduğunu bildirib:

“Soyuq müharibənin müasir dövrdə təkrarlanması “qaynar savaş”a gətirib çıxaracaq. Belə olan təqdirdə bütün bəşəriyyət məhv olacaq. Nüvə silahından tam imtina edilməlidir”.  /Axar.az/

Paylaş: