C. Dek 6th, 2019

Xəzərdə həyəcan – Yüzlərlə işçi təxliyə edildi

Ölkə ərazisində hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR 420 nəfər işçisini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edib.

Turkustan.info xəbər verir ki, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Trend-ə bildirib ki, təxliyə prosesinin təşkilində şirkət lazımı təhlükəsizlik tədbirlərini təmin edib.

Hava şəraiti normallaşandan sonra şirkət əməkdaşları iş yerlərinə qaytarılacaq.  /Avropa.info/

Paylaş: