Şb. Dek 7th, 2019

BDU-nun yataqxanasında daha iki tələbə qızın vəziyyəti pisləşdi – Xəstəxanaya aparıldılar

Bakı Dövlət Universitetinin yataqxanasında daha iki tələbənin vəziyyəti pisləşib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, tələbələrlə bağlı təcili yardıma səhər saat 08.15- də məlumat daxil olub. Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (Mədə soyuqlaması, ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Klinik Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi qənaətbəxşdir.

Xatırladaq ki, bundan əvvəl BDU-nun 2 saylı yataqxanasında 3 tələbə qız hələ də müəyyən edilməyən səbəblərdən zəhərlənib, onlardan biri həyatını itirib. (publika.az)

Paylaş: