C. Dek 13th, 2019

Daha bir erməni nümayəndə heyəti Bakıya gəlir

Ermənistan baş naziri Nikol Paşinyan Bakıya daha bir nümayəndə heyəti göndərir.

Ermənistan KİV-nin xəbərinə görə, dekabrın 4-7 tarixlərində Ermənistanın ərazi idarəetməsi və infrastuktur nazirinin müavini Armen Simonyan, həmən nazirliyin avtomobil nəqliyyatının texniki siyasət idarəsinin rəisi Arman Karapetyan və XİN-nin çoxtərəfli siyasət və əməkdaşlıq idarəsinin məsləhətçisi Artyom Aznauryan  Bakıda olacaq.

Nümayəndə heyəti beynəlxalq Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRASEKA) çərçivəsində Bakıda keçiriləcək sessiyaya qatılacaq.

Xatırladaq ki, noyabrın 17-21-i tarixlərində Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri olub. (modern.az)

Paylaş: