Ç. Dek 11th, 2019

Dünya böyük risklə üz-üzə qalır – Pompeo

Terrorçular sərt şəkildə cəzalandırılmalı və terrorizmlə mübarizə haqqında qanun sərtləşdirilməlidir.

Turkustan.info xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo bir neçə gün əvvəl London körpüsündə baş vermiş teraktla bağlı açıqlamasında deyib.

“İnsanları mühakimə etmirlər, olduqca tez buraxırlar və biz Böyük Britaniyada nə baş verdiyini gördük. Dünya böyük risklə üz-üzə qalır. Asiyadan Afrikaya, Yaxın Şərq ölkələrindən xahiş etdik ki, vətəndaşlara və dünyaya yaranacaq riskləri nəzərə alaraq terrorizm haqqında mübarizə qanununu yeniləsinlər”, – deyə ABŞ rəsmisi bildirib.

Qeyd edək ki, Londonda 2 nəfərin ölümü, 5 nəfər yaralanması ilə nəticələnən terror aktı baş vermişdi. Belə ki, Usman Xan adlı şəxs körpüdə gözlənilmədən insanlara bıçaqla hücum edib. Zərərsizləşdirilən U.Xanın terror qruplaşmasına üzvülüyündən dolayı 2012-ci ildə həbs edildiyi, 2018-ci ildə isə azadlığa çıxdığı məlum olub.  /Axar.az/

Paylaş: