Ça. Dek 10th, 2019

Lavrov Qarabağın həlli ilə bağlı: “…kömək göstərəcəyik”

“Biz həmsədr qismində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik”.

Turkustan.info xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mətbuat konfransı zamanı deyib.

O bildirib ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə səmərəli görüş keçilirib.

Nazir xatırladıb ki, ötən həftə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri baş tutub:

“Səfərin yekununda vacib razılaşmalar əldə olunub”.

S.Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında uzanmış münaqişələrdən biridir:

“Biz anlayırıq ki, kompromis olmalıdır. Biz həmsədrlər olaraq məsələnin həllinə kömək göstərəcəyik. Ümid edirik ki, nəticələr olacaq”.   /konkret.az/

Paylaş: