Ça. Dek 10th, 2019

Prezident rektoru işdən çıxardı – YENİ TƏYİNAT

Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.
Azərbaycan Prezidenti həmçinin Saleh Heydər oğlu Məhərrəmovun Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Paylaş: