C. Dek 13th, 2019

Rayonlarda şagirdlər üçün məlumatlandırma sessiyaları keçirilib

Rayonlarda şagirdlər üçün məlumatlandırma sessiyaları keçirilib.
“Hüquq və Ədalət” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Şurası tərəfindən maliyyələşən “Sağlam gələcəyə doğru” layihəsi çərçivəsində orta məktəb şagirdlərinin maarifləndirilməsi üçün tədbilər həyata keçirilib.
Layihə çərçivəsində Qubada 4 nömrəli və Qusarda 2 nömrəli tam orta məktəblərdə, Siyəzəndə 2 nömrəli və Xaşmazda 9 nömrəli tam orta məktəblərdə şagirdlərlə görüşlər keçirilib. Görüşlərdə, ümumilikdə 150 şagird iştirak edib.
Layihəyə təlimçisi Zaur Quliyev şagirdlər ilə görüşdə narkomaniyanın cəmiyyətdə yaratdığı fəsadlar, insan sağlamlığına vurduğu zərərlər, Azərbaycan qanunvericiliyində narkomaniya ilə mübarizə üçün qeyd olunmuş müddəalar abrədə məlumat vermib, sualları cavablandırıb.
Tədbirlərdə şagirdlərə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hazırladığı video çarxlar nümayiş etdirilib.
“Sağlam gələcəyə doğru” layihəsinin əsas məqsədi gəncləri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirməkdir.

Paylaş: