C. Dek 13th, 2019

Röyadan erməniyə “super” yazan Brilliant Dadaşovaya: “Mən heç vaxt…” – VİDEO

İTV-də yayımlanan “3D” proqramının budəfəki qonağı xalq artisti Röya Ayxan olub.

Turkustan.info xəbər verir ki, aparıcı Dadaş Dadaşlinski sənətçini sualları ilə çıxılmaz vəziyyətə qoyub. Belə ki, o, Bakı Dövlət Universitetində heç bir imtahan vermədən hüquq fakültəsinə qəbul olmasından və onu yarımçıq saxlaması ilə bağlı sənətçiyə sual ünvanlayıb.
Röya Ayxan həmin təhsili anasının istəyi ilə oxuduğunu deyib: “Bu anamın isəyi ilə idi. Çünki, mən başa düşürdüm ki, onu çox davam etdirə bilmərəm. Onu oxumaq lazımdır. Buna görə də yarmçıq qaldı”.

İmtahan vermədən qəbul olmasına isə sənətçi onun kimi tələbələrin də olduğunu bildirib: “Bunlar çox uzun məsələdir və təbii ki, bizim kimi tələbələr də var. Bəzi məqamlar da baş vermişdi orda. Amma lazımi olan imtahanlar da verilmişdi. Tam dərinliyə getməyək”.
Aparıcının bu sualı isə sənətçini çıxılmaz vəziyyətə qoyub.

Daha sonra isə R.Ayxan aparıcının “Xəzər TV-də Nəsib Nurun verilişinə içkili çıxmışdınız” sualını cavablandırıb.
O, həmin gün qonaqlıqda olduğunu və içki qəbul etdiyini etiraf edib.

“Sürücüm 12 ildir ki, yanımda işləyir. Onun oğlu dünyaya gəlmişdi və biz həmin gün qonaqlıqda idik. Bir az içkinin  qədərini qaçırtdım. Üzr istəyirəm” – deyə, Röya gülərək, bildirib.

Bundan əlavə, xalq artisti Brilliant Dadaşovanın musiqinin milliyyəti yoxdur deyərək, erməni ifaçısının oxuduğu mahnıya “super” yazmasına və “Görsəm ki, ermənilər Azərbaycan mahnısını yaxşı oxuyub, yenə də “super” yazaram” sözlərinə münasibət bildirib:

“Düzdür, mən də həmişə demişəm musiqinin milliyyəti yoxdur. Amma, Brilliant xanım sonradan niyə həmin şərhi sildi? Deməli öz etdiyinə inanmaq istəmədi. Mən o mənada deyirəm ki, danışmadığım müğənninin mahnısını zümzümə edib, oxuyaram. Amma, mənim millətimi incidən millətə “super” yazmaram, yaza bilmərəm. Mən Qarabağlıyam, bütün nəslim, köküm vətənindən, yurdundan ayrı düşüb. Hamısının əziyyətini çəkirəm mən, hələ bu əziyyətin arasında da ona “super” yazacam? Heç vaxt. İstəyir mənim mahnımı gözəl oxusun. Ümumiyyətlə o mənim mahnımı niyə oxumalıdır. Yəni, Brilliant xanımla qəti razı deyiləm” – deyə, cavab verib.

/yeniavaz.com/

Paylaş: