C. Dek 13th, 2019

SON DƏQİQƏ: AzTV-nin əməkdaşları ermənilərin hücumuna məruz qaldılar – VİDEO

Rusiya Federasiyasının Krasnodar vilayətinin Armavir şəhərinə ezam olunmuş Azərbaycan televiziyasının jurnalisti Zakir Musayev və operatoru Səfər Səfərov ermənilərin hücumunə məruz qalıblar.

Məlumata görə, jurnalistlər Armavir şəhərində Erməni Apostol Kilsəsinin həyətində Qareqin Njdenin xatirə lövhəsinin söküldüyü yerdən reportaj hazırlamaq istəyirlərmiş. Amma kilsənin qulluqçuları jurnalistlərə qarşı güc tətbiq ediblər.

Hazırda jurnalistlər yerli xəstəxanada müayinə olduqdan sonra polisə müraciət etməyə yollanıblar.

Turkustan.info konkret.az-a istinadımn hadisə yerindən videonu sizə təqdim edirik:

Paylaş: