C. Dek 6th, 2019

Türk ordusu Suriyada itki verdi: İki şəhid var

Suriyada aparılan antiterror əməliyyatları zamanı Türkiyə ordusunun iki əsgəri şəhid olub.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, əsgərlərdən biri “Sülh çeşməsi”, digəri isə “Pəncə-3” antiterror əməliyyatlarının aparıldığı bölgələrdə terrorçular tərəfindən vurulub. Bir əsgər də yaralı halda xəstəxanaya çatdırılıb.

Hadisə zamanı terror qruplaşmalarına aid hədəflər məhv edilib.  /Axar.az/

Paylaş: