Ça. Dek 10th, 2019

“Yenilənmiş parlament necə olmalı?” Azay Quliyev məsələni şərh etdi – VİDEO

“İndi Azərbaycanda yeni siyasi şərait, siyasi proseslərə fərqli baxışlar mövcuddur. Prezident tərəfindən aparılan sürətli ishalatlar fonunda Azərbaycan dəyişir, modernləşir, müasirləşir. Odur ki, bu tələblərə cavab verən çevik qanunverici orqan olması da lazımdır”.

Turkustan.info xəbər verir ki, bu fikirləri millət vəkili Azay Quliyev CBC-nin Xəbərlər buraxılışında bildirib. Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar Milli Məclisin muraciətini şərh edən A.Quliyev bildirib ki, müasir tələblərə cavab verən nəticə uğrunda daha çox işləmək lazımdır. Millət vəkili bildirib ki, Milli Məclis tarixi qərar veribr və ölkənin siyasi təcrübəsində yeni ənənənin əsasını qoymuş olub.

Paylaş: