Ça. Dek 10th, 2019

Ağ atlı oğlan yenə göründü… – Kim Çen In düşərgəyə baş çəkdi və…

Şimali Koreya lideri Kim Çen In yenidən at belində görüntülənib.

In, müqəddəs Pektusan dağının ətəyindəki hərbi düşərgəyə baş çəkib.

O, gəncləri “inqilabi Pektu ənənələri”nə sadiq tərzdə tərbiyələndirməyi tövsiyə edib:

“Bu, ölkə əhalisinə sarsılmaz ruh təqlid edəcək və çətinlikləri dəf etməyə kömək edəcək. Hazırda ordu, partiya və xalq imperialistlərin təzyiqinə baxmayaraq, var qüvvəsi ilə güclü və firavan sosialist vətən qurmağı təşviq edir”.

Lider, partizanların düşərgəsinə baxışdan sonra müqəddəs dağa qalxıb.

Xatırladaq ki, Kim Çen In oktyabrda Koreya yarımadasında yerləşən ən hündür zirvəyə çıxmışdı. (publika.az)

Paylaş: