C. Dek 6th, 2019

BMT-də İsraillə bağlı qətnamə: İşğalı dayandır!

BMT Baş Assambleyası İsrailin Qolan yüksəkliklərinin işğalıyla bağlı qətnamə qəbul edib.

Turkustan.info xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb. Qətnaməyə əsasən, İsrail 4 iyun 1967-ci il sərhədlərinə geri qayıtmalı, Qolan yüksəkliklərini tərk etməlidir.

Baş Assambleya, həmçinin, İsrailin 1981-ci ildən etibarən Qolan yüksəkliklərində öz yurisdiksiyasını tətbiq etmək cəhdlərini tanımadığını bildirib. Sənəddə bunun faktiki olaraq anneksiya olduğu vurğulanıb.

Qətnamənin lehinə 91, əleyhinə isə 9 dövlət dəstək verib. Bitərəf mövqedə 65 dövlət qalıb.  /Axar.az/

Paylaş: