Ça. Dek 10th, 2019

Erməni hərbçilər bir-birini güllələdi

Hərbi hissədə yenə qanlı insident

Erməni mətbuatı cəbhədə baş verən daha bir silahlı insident barədə məlumat yayıb. “Jovoxurd” qəzeti hadisənin qişğal altındakı Qarabağda yerləşən hərbi hissələrdən birində baş verdiyini yazır. Nəşrin məlumatına görə, səhər tezdən Artur Abjamyan güllələnib. Onunla birlikdə xidmət edən David Melikbekyan ağır yaralanıb.

Qəzetin məlumatına görə, bu əsgərlər arasında mübahisə olub. Artur Davidi vurub, onu öldürdüyünü düşünərək sonradan intihar edib. David isə ağır yaraya baxmayaraq sağ qalıb.

Faktla bağlı cinayət işi açılıb. Bu erməni ordusundakı ilk qanlı hesablaşma deyil. Bir həftə öncə də hərbi hissələrdən birində asılan əsgər tapılmışdı.     /istipress.com/

Paylaş: