Ça. Dek 10th, 2019

“İkinci vətənimdə yaşanan olayların xalqın rifahına hesablandığına əminəm”

“Bu, Azərbaycan xalqının xoşbəxtliyidir ki, onun bütün qəlbi ölkəsinə şərəflə xidmət etmək eşqiylə döyünür”

Son dövrlər ölkə rəhbəri İlham Əliyevin apardığı çoxpilləli sosial-iqtisadi və kadr islahatlarının sorağı Azərbaycanın sərhədlərini də aşmaqdadır. Elə qardaş Türkiyədə də Bakıdakı “siyasi deprem”i diqqətlə izləyirlər. Bu baxımdan Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Azərbaycanı hamıdan çox sevən və uğurlarına sevinən Hulusi Kılıçın fikirləri də maraqlıdır.

Turkustan.info bildirir ki,  moderator.az-in əməkdaşı son dövrlər Bakıda baş verən dəyişikliklər barədə keçmiş səfirin təəssüratlarını öyrənib:

“Əvvəla onu deyim ki, Türkiyənin Can Azərbaycanda səfirliyini yapdığım 2008-2012-ci illər dönəmini həyatımın ən unudulmaz və hər zaman qürurla xatırlayacağım səhifəsi hesab edirəm. Mən özümü bir gün də Azərbaycandan ayrı təsəvvür edə bilmirəm və hər gün bu bənzərsiz və gözəl ölkədə baş verən hadisələri dörd gözlə izləyirəm. Böyük Atatürk demişkən, harada olmağımızdan asılı olmayaraq Azərbaycanın sevinici sevincimiz, kədəri kədərimiz olub. Çox şükürlər olsun ki, Azərbaycan artıq çətin günləri arxada qoymağı bacarıb, inkişafa, tərəqqiyə, rifaha doğru inamla irəliləyir. Bu baxımdan son dövrlər Cənab Prezident İlham Əliyevin apardığı iqtisadi-siyasi və kadr islahatlarını da alqışlayıram və bu qardaş ölkə ilə mənəvi tellərlə bağlı olduğumu bilən çeşidli insanların “Azərbaycanda nə baş verir” suallarına cavab verməli oluram. Bu sualların hamısına çəkinmədən “Yaxşı şeylər baş verir” deyirəm və Can Azərbaycanın yeni inkişaf strategiyasına qədəm qoyduğunu dilə gətirirəm. Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm və şübhə etmirəm ki, o Azərbaycanı daha uca zirvələrə daşımağın yollarını hamıdan yaxşı görür və buna görə də son zamanlar mənim ikinci vətənimdə yaşanan olayların xalqın rifahına hesablandığına əminəm.
Bu arada ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın da İlham Əliyevlə çiyin-çiyinə bu rifaha çox böyük töhfə verdiyini demək lazım. Onun humanizm və insansevərliyi sərhəd tanımır və etiraf edim ki, təkcə Türk dünyasında deyil, dünyada rəğbətlə izlənilir. Bu da Azərbaycan xalqının xoşbəxtliyidir ki, onun bütün qəlbi ölkəsinə şərəflə xidmət etmək eşqiylə döyünür. Əminəm ki, bu xidmət Azərbaycanın daha da çiçəklənməsinə səbəb olacaq.
Təbii ki, Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması, Minsk Qrupu üçlüsünün işğalçıya aşkar himayədarlıq etməsi Azərbaycanın sürətli inkişafına böyük əngəllər törədir və bu düyünün sülh yolu ilə çözümünə inamı Azərbaycanda da, Türkiyədə də sarsıdır. Ancaq kimsə düşünməsin ki, Azərbaycan dünya birliyi tərəfindən tanınan öz qanuni torpaqlarını Ermənistan adlı bu terror dövlətinə buraxacaq və mən bütün varlığımla bir milləıtin iki dövlətinin antiterror əməliyyatı ilə olmuş olsa belə bu işğala son qoyacağına inanıram. Artıq 30 ilə yaxındır ki, o torpaqlar öz sakinlərinin yolunu gözləyir və bu işğalın bir an öncə bitməsi, köçkünlərin öz ata-baba yurdlarına dönməsi lazım.

Paylaş: