Şb. Dek 14th, 2019

Kremlin sərhədlərin ortaq qorunması fikri var? – Moskva Bakıdan NƏ İSTƏYİR?

Rusiyanın Azərbaycan siyasətinin ən mühüm hədəflərindən biri rus ordusunu Azərbaycana qaytarmaqdır.

QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Rusiya-Azərbaycan münasibətlərinin son vəziyyətinə aydınlıq gətirib.

N. Cəfərsoy hesab edir ki, bunu həm Kremlin regional iddiaları, həm də İrana müdaxilə riskləri konteksində izah etmək olar:

“Mövcud şərtlərdə Kreml bunu nəzəri olaraq KTMT, Qarabağda sülh prosesi və ortaq sərhədlərin bərabər qorunması kimi formatlarda gündəmə gətirə bilər və necə ki, arada gətirir. Kreml baxımından KTMT və Qarabağ konteksində geri qayıdış ciddi maliyyətli və mümkünü çox çətin məsələ kimi görünür. Kremlin perspektivindən onlarla müqayisədə sərhədlərin, xüsusilə də İran sərhəddinin ortaq qorunması məsələsi daha önəmli və daha asan görünə bilər. Şəxsi qənaətimə görə, Rusiya rəsmiləri Azərbaycanla görüşlərdə açıq və ya örtülü bunu gundəmə gətirə bilərlər, bəlkə də gətirirlər. Azərbaycanda da Real TV-də ən mühüm xüsusiyyəti müstəqillik olan rəhmətlik Elçibəyin İranla sərhəddin ortaq qorunması mövzusundakı sözlərinin (videonun 28.10-29.20 dəqiqə arası) 27 il sonra xüsusi vurğu ilə bu günlərdə gündəmə gətirilməsinə bu konteksdən də baxmaqda fayda var. Burada zamanlamaya da diqqət etmək lazımdır. Qarşıdakı günlərdə bu barədə Azərbaycan, rus və beynəlxalq mətbuata xəbərlər ötürüləcəyini istisna etmirəm. Fikirmcə, BDU-da prezidentin çıxışındakı xüsusi müstəqlillik vurğusunu həm də bu konteksdə oxumaqda fayda var”.

N. Cəfərsoy vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətlərində əsas istiqamətlərin başında mədəni münasibətlər gəlir:

“Bunun iki səbəbi var. Birincisi, əlverişli metoddur. Yəni mövcud qlobal və regional reallıqlar Rusiya ilə müzakirə etməyi Azərbaycan üçün strateji zərurət edir. Burada da ümumi mənada iki metod var: Obrazlı desək, ya 1-ci Aleksandr (hərbi-siyasi) ilə Leninin (siyasi-hərbi) dili ilə danışacaqsız, ya da Dostayevski və Çaykovskinin… İkincinin dili, üslubu və səviyyəsi ilə müzakirə mühiti yaratmaq milli maraqlarımıza daha uyğundur. Burada bizim də incəsənət ruhumuz fəlsəfi və ruhsal mənada köməyimizə gəlir”.

N. Cəfərsoy bildirib ki, ikinci metod əlverişli mövzunun müəyyənləşdirilməsidir:

“Müzakirədə bir mövzudan danışmalısınız. Burada da 4 ( siyasi, hərbi, iqtisadi və mədəni) kateqoriya var. Əsas mövzu kimi qarşı tərəfin ruhuna və mənəviyyatına xitab edən mədəni sahəyə üstünlük verməyimiz çox ağıllı olar. Beləcə mövzu arasında seçim edərkən, ikisi arasında bir seçim gündəmə gəlir: obrazlı desək, ya ölkədəki rus məktəblərinin sayını müzakirə edərsiniz, ya da yerləşdirilmək üçün təkid edilən rus ordusunun sayını. Siz ağıla və milli maraqlara uyğun olaraq məktəbləri seçirsiniz. Bir etiraz var ki, Rusiya bizdə dil, məktəblər və universitetlər vasitəsilə mədəni üstünlük quracaq. Tarixi mirasa ümumi baxanda bu narahatçılıq haqlı görünür”.

N. Cəfərsoy bildirib ki, dərindən baxanda bu narahatçılıqla gələcək konteksində razı deyil:

“Tarixən Rus dili və mədəniyyəti Azərbaycanda iki formada mədəni üstünlük vasitəsi kimi təsirli olub: 1) Müasirləşmə vasitəsi; 2) İdeoloji yayılma vasitəsi.

Hazırda qlobal, regional və daxili mədəni amillər Rusyanın Azərbaycanda mədəni üstünlük qurma imkanlarını bu iki mənada da məhdudlaşdırıb. Gələcəkdə də bu durum Azərbaycanın lehinə davam edəcək. Əvvəllər, sadəcə rus dilini bilən və ingilis dilini də Bonkun rusca ingilis dili kitabından öyrənən insanların uşaqları, müasirləşməni birbaşa İngilis dilində öyrənirlər. Hətta onlara Türkcə üzərindən öyrənmə də yeterli gəlmir. Təbii ki, Azərbaycan dilini də dövlətin rəsmi dili kimi öyrənmək zərurətini də hər il daha çox hiss edirlər”. (redaktor.az)

Paylaş: