Şb. Dek 14th, 2019

“Mənzil bazarında kəskin qiymət artımı gözlənilir” – Ekspert səbəbləri açıqladı (Video)

Hazırda mənzil bazarında potensial alıcı kütləsini daha çox qarşıdakı aylardakı tendensiyalar maraqlandırır. Ənənəvi olaraq Azərbaycan xalqında daşınmaz əmlaka həm etibarlı, qalıcı sərvət kimi baxılır, həm də, gələcək nəsilə ötürülən dəyərli hədiyyə, miras sayılır. Bu mənada mənzil bazarında  qiymət dəyişiklikləri toplumda narahatlıqla izlənilən mövzudur.   

Aparılan araşdırma və təhlillər, həmçinin, bu sahə üzrə ixtisaslaşmış ekspertlərin proqnozlarına görə gələn ilin başlanğıcından mənzil bazarında kəskin qiymət artımı gözlənilir.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə qiymət artımını şərtləndirən bir sıra amillər var: ” Son 1 ildə mənzil tikintisi sahəsində qəbul olunan qərarlar, şəhərsalma və infrastruktur layihələri ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və tövsiyələri, əhalinin mənzil-məişət şəratinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial layihələr, yaşayış sahəsinə tələbatın yüksək olması, turist axını və məskunlaşma ilə bağlı olan demoqrafik amillər…”.

Ekspert bildirir ki, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edən Prezident İlham Əliyev tikinti sahəsində ciddi addımların atılması ilə bağlı tapşırıqlar verib: “Burada diqqəti 2 ciddi məsələ çəkir. Bunlardan 1-cisi Şəhərin mərkəzində “İçərişəhər” metrosu və yaxın ərazilərdə 2-3 mərtəbəli tarixi binaların qorunması, onların yerində yeni hündürmərtəbəli binaların tikintisinin yolverilməzliyi, digəri isə tikinti standartları ilə bağlı kafisentlərin aşağı salınması və bunlara əməl olunması məsələsidir. Artıq bu tapşırıqdan sonra qeyd olunan ərazidə mənzillərin qiymətlərində kəskin artım qaçılmazdır. Bakının mərkəzində hündürmərtəbəli binaların inşasına məhdudiyyətlər qoyulub. Xüsusilə İçərişəhər və ətraf ərazilər tarixi memarlıq nümunələrinin qorunması baxımından əhəmiyyətlidir. Mərkəz hissədə yeni tikintilərin olmaması, lakin tələbin ildən ilə artımı təbii olaraq qiymətə təsir göstərir. Həmçinin, ildən ilə ölkəyə turist axını bu sahəyə təsir edir. İmkanlı turistlər içərisində Bakıda, xüsusən mərkəz yerlərdə mülk sahibi olmaq niyyətləri və örnəkləri var. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, paytaxtda, xüsusilə mərkəzdə növbəti ildən mənzillərin qiymətinin artımı qaçılmazdır”.

Daha ətraflı bu videoda: 

 

Paylaş: