Ça. Dek 10th, 2019

Milli Məclislə bağlı QƏRAR VERİLİR – İclas başladı

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.

İclasda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılır.

İclasda məruzəçi – hakim Rafael Qvaladze, iclas katibi isə Fəraid Əliyevdir.

Konstitusiya Məhkəmə icraatında iştirak edən tərəflər isə aşağıdakılardır:

Sorğu verən tərəfin nümayəndəsi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov,

Cavab verən tərəfin nümayəndələri – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli,

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev.

Ekspert isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovdur. (publika.az)

Paylaş: