Ça. Dek 10th, 2019

Parlament qanunvericilik fəaliyyətini dayandırdı – İclas keçirməyəcək – RƏSMİ

Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq.
 
Turkustan.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
S. Mirzəyev deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı:

“Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq və həmin iclaslara Milli Məclisin üzvləri gedəcəklər. Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçirilməlidir. Həmin iclas da keçiriləcək. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”.  /BakuPost/

Paylaş: