Şb. Dek 14th, 2019

Paşinyan Bratislava görüşü öncəsi Qarabağı müzakirə etdi

Ermənistan Baş naziri Nikol Paşinyan dünən Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və qondarma rejimin “xarici işlər naziri” Masis Mailyanla görüşüb.

Turkustan.info xəbər verir ki, görüş İrəvanda baş tutub. Görüşdə əsas müzakirə mövzusu Qarabağ konflikti olub.

Qeyd edək ki, bir neçə gün öncə Paşinyan Qarabağa səfər etmiş və burada qondarma rejimin bütün “siyasi liderləri” ilə görüş keçirmişdi.

Bu gün Bratislavada Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın görüşü baş tutacaq.  /Axar.az/

Paylaş: