Şb. Dek 14th, 2019

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib.

Müşavirədə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edib.

O, Mədəniyyət Nazirliyi tərəfindən aparılan monitorinqin nəticələri, optimallaşma ilə əlaqədar görüləcək tədbirlər, musiqi məktəblərində keçiriləcək attestasiya, mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili,  mədəniyyət işçilərinin işə davamiyyəti, mədəniyyət müəssisələrində aşkarlanan problemlər, nizam-intizam qaydaları və s. ilə bağlı fikir və iradlarını bildirib, tapşırıqlarını verib.

İdarə rəisi həmçinin, muğam mərkəzində keçiriləcək tədbirlər haqqında da danışıb. Qeyd edib ki, yüksək zövqlə hazırlanan mərkəzdə biz bir-birindən maraqlı konsert proqramları, muğam gecələri təşkil etməli, şəhər əhalisinin və qonaqların mədəni istirahətinin təmin olunması üçün əlimizdən gələni əsirgəməməliyik.

Sonda mədəniyyət müəssisələrinin rəhbərləri çıxış edərək bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq  qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

Paylaş: